"Problem çıxmasa qarşıdakı günlərdə bizə qoşulmalıdı" - Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Suqmayıt"la matçdan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Gərgin oyun keçdi, maraqlı idi. Hər iki komandanın futbolçularının mübarizliyini, oyunun dinamikasını qeyd etməmək mümkün deyil. Komandaların bir-birinə çox yaxşı bələd olduğu ilk dəqiqələrdən sezilirdi. Bir-birilərinə rahat oynamağa imkan vermirdi. İlk hissədə oyun daha çox mübarizə şəraitində keçdi. İkinci hissənin 30 dəqiqəsi ərzində biz topa daha çox nəzarət etdik. Ancaq Ayxan müəllimin dəyişikliklərindən sonra "Sumqayıt"ın gücü, oyun keyfiyyəti, dinamikası bir qədər də artdı və son dəqiqələr "Sumqayıt"ın üstünlüyü ilə keçdi. Oyun daima istiqamətini dəyişirdi, bəzən rəqibin bəzən də bizim üstünlüyümüzlə keçirdi. Bilirdik ki, "Suqmayıt" bu gün istəkli olacaq. Xal fərqini azaltmaq üçün böyük istəklə meydana çıxacaqlar. Ona görə də ilk hissədə ehtiyatla oynayıb, ikinci hissədə daha böyük qüvvə ilə irəli atılmağı planlaşdırmışdıq. Hər şey istədiyimiz kimi gedirdi. Amma "Sumqayıt"ı da nəzərə almaq lazımdı, əzmkar komandadı. Düşünürəm ki, nəticə ədalətli oldu".

- İki hücumçunuz sıradan çıxıb. Mətbuatda belə bir məlumat var ki, bir hücumçu ilə danışıq aparmısız, artıq razılıq da əldə etmisiz...

- Danışıq apardığımız futbolçuların sayı 1 deyil. Qeyd etdiyiniz futbolçu yoldadı. Problem çıxmasa qarşıdakı günlərdə bizə qoşulmalıdı. Amma hücumçu deyil, daha çox cinah oyunçusudur. Başqa danışıq apardığımız futbolçular var. Alınacaq ya yox bilmirəm. Hazırda iki futbolçu istəyirəm, çünki həm Filipe, həm də David sıradan çıxdı. Özünüz də görürsüz ki, heyətimiz kasaddı. Cəmi 3 hücumameyilli futbolçum var, Musadı, Ağadı, bir də Klesio Baukdu. Məcburiyyətdən birini ehtiyatda saxlamalısan ki, digərinə nəsə olsa, meydana buraxmağa futbolçu tapasan. Amma əlimizdə olan futbolçularla da çalışacağıq mövsümü uğurlu şəkildə başa vuraq. Futbolda belə şeylər olur, hər ikisinin zədəsi gözlənilməz idi. Amma məşqçi işi elədi ki, hər şeyə hazır olamlısan, düşdüyün vəziyyətə uyğun bir startegiya, istiqamət seçməlisən. Biz də çalışırıq ki, bu yoxluqları hiss etdirməyək. Nə dərəcədə alınacaq ya yox, bunu zaman göstərəcək.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR