Prosineçki Bakıya qayıtmadı

Prosineçki Bakıya qayıtmadı

Dünən axşam Sofiyada Bolqarıstana məğlub olan milli komandamız artıq Bakıdadır. 

Sport7.az xəbər verir ki, komandanı Bakıya "Bucharest Airlines"ə məxsus "hava gəmisi" gətirib. Təyyarə səhər 7:30 hava limanında yerə enib. Bakıya qayıdanlar arasında millinin baş məşqçisi Robert Prosineçki olmayıb. Əldə etdiyimiz məlumata görə, çalışdırıcı Sofiyadan birbaşa öz evinə baş çəkməyə, bəzi şəxsi işlərini həll etməyə yollanıb.

Bakıya qayıdan təyyarədə AFFA-nın baş katibi Elxan Məmmədov da gözə dəyməyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR