PSJ 180 milyon avroya Neymarı satmağa hazırdı

PSJ 180 milyon avroya Neymarı satmağa hazırdı

PSJ yayda hücumçu Neymara görə təklifləri nəzərdən keçirməyə hazırdı.

Bu barədə "Marca" məlumat hazırlayıb. Neymar mövsümün sonuna kimi PSJ-dəki çıxışını davam etdirəcək. Bununla belə, braziliyalı futbolçunun mövqeyi dəyişməz qalır: o, klubdan ayrılmaq niyyətindədi.

PSJ-nin yayda 180 milyon avro qarşılığında Neymarla yollarını ayırmağa hazır olduğu bildirilir. Daha əvvəl Paris təmsilçisi 27 yaşlı oyunçuya görə 300 milyon avro tələb etmişdi.

Forvard ötən yay "Barselona"ya keçməyə yaxın olsa da, sonda transfer baş tutmamışdı.

Cari mövsümdə Fransa Liqa 1-də 8 matçda meydana çıxan Neymarın aktivində 6 qol var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR