PSJ Mbappenin

PSJ Mbappenin "Real"a keçidinə mane olmaq üçün ona illik 50 milyon avro maaş verməyə hazırdı

PSJ Kilian Mbappenin müqaviləsini yeniləmək istəyir.

"As"ın xəbərinə görə, PSJ Mbappenin "Real"a keçidinin qarşısını almaq üçün ona illik 50 milyon avro məvacib təklif etməyə hazırdı. Belə olan halda, o, Lionel Messi ("Barselona") və Kriştianu Ronaldu ("Yuventus") ilə birlikdə ən çox qazanan futbolçu olacaq.

PSJ-nin Qətərdə keçiriləcək DÇ-2022-yə qədər 21 yaşlı hücumçunun komandadan ayrılmasına imkan verməyəcəyi bildirilir.

"L'Equipe" nəşrinin iddiasına görə, Mbappe hazırda ilinə 15 milyon avro qazanır. Fransız oyunçunun Paris təmsilçisi ilə olan müqaviləsi 2022-ci ildə başa çatır.

"Real"ın 2021-ci ilin yayında Mbappeni transfer etməyə çalışacağı gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR