PSJ Neymarı satmağa razı oldu, amma...

PSJ Neymarı satmağa razı oldu, amma...

PSJ-nin braziliyalı ulduzu Neymar klubu tərk edə bilər.
 
Sport7.az xəbər verir ki, bu haqda AS nəşri yazıb. Paris təmsilçisinin rəhbərliyi hücumçunu təklif gələcəyi təqdirdə "Barselona"ya satmağa razılıq verib. Məlumata əsasən Neymar ayrılmaq barədə Paris klubunun rəhbərliyi ilə razılıq əldə edib. Hazırda hər şey "Barselona"dan asılıdır.

PSJ "sambaçı" üçün 170 milyon avro tələb edir. Lakin Antuan Qrizmann və Usman Dembelenin də sövdələşməyə daxil olacağı təqdirdə endirim seçimini nəzərdən keçirməyə hazırdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR