PSJ-nin Messi arzusu

PSJ-nin Messi arzusu

PSJ-nin idman direktoru Leonardo müqavilələri yayda bitən bir sıra futbolçuları öz komandasına qatmaq istəyir.

Sport7.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. Parislilərin hədəfləri arasında Lionel Messi ("Barselona”), Memfis Depay ("Lion”), Corcinyo Veynaldum ("Liverpul”), David Alaba ("Bavariya”) və Əlsəid Xüsayın ("Napoli”) olduğu bildirilir.

PSJ həmçinin "Everton”a məxsus olan hücumçu Moize Kinin karyerasını fransız klubunda davam etdirməsini istəyir. Leonardo ingilislərdən oyunçunun satınalma şərtini ilə icarə müddətini uzatmağı xahiş edə bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR