PSJ

PSJ "Roma"dan icarəyə götürdüyü futbolçunu alır

"Roma”nın futbolçusu Alessandro Florensi PSJ-yə transfer oluna bilər.

Sport7.az xəbər verir ki, müdafiəçi hazırda icarə əsasında oynadığı 1-ci Liqa təmsilçisində ümidləri doğruldub.

Bu üzdən də Paris klubu 29 yaşlı arxa xətt oyunçusunu transfer etməyə qərar verib. Paytaxt təmsilçisi müqavilədəki bəndə əsasən oyunçunu 9 milyon avroya transfer edəcək. Klub rəhbərliyi müdafiəçiyə 4 illik müqavilə hazırlayıb.

Florensi cari mövsüm 19 oyunda 2 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR