PSJ Tuçellə bağlı qərar verdi

PSJ Tuçellə bağlı qərar verdi

PSJ-nin baş məşqçi Tomas Tuxelin klubdakı taleyinə aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, rəhbərlik təcrübəli mütəxəssisi postunda saxlayacaq. 

Koronavirus səbəbindən 215 milyon avro pul itirən Paris təmsilçisi Tuxelə 10 milyon avroluq təzminat ödəməyə hazır deyil. Bu üzdən idman direktoru Leonardo baş məşqçi postuna namizəd olan Massimiliano Alleqri ilə danışıqlara son qoyub. PSJ-ni gələn mövsüm də Tuxel çalışdıracaq.

2018-ci ildən PSJ-yə rəhbərlik edən Tuxelin dönəmində komanda 2 dəfə Fransa çempionu olub. Parislilər eyni zamanda koronavirus səbəbindən dayandırılan Çempionlar Liqasında 1/4 finaldadır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR