PSJ Tuxelə yeni müqavilə təklif edəcək

PSJ Tuxelə yeni müqavilə təklif edəcək

PSJ baş məşqçi Tomas Tuxeli komandada saxlamaq niyyətindədi.

Paris təmsilçisinin Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırmasına baxmayaraq, rəhbərlik Tomas Tuxelin işindən razıdı. Bu səbəbdən yaxın günlərdə alman mütəxəssisə əlavə 1 illik müqavilə təklif ediləcəyi gözlənilir.

Qeyd edək ki, Tuxel 2018-ci ilin yayından etibarən PSJ-ni çalışdırır. Onun müqaviləsi 2020-ci ilin yayına kimi nəzərdə tutulub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR