Qadın güləşçilərimiz Budapeştdəki yarışa belə hazırlaşır (VİDEO)

Qadın güləşçilərimiz Budapeştdəki yarışa belə hazırlaşır (VİDEO)

Qadınlardan ibarət güləş yığmamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir.

Sport7.az xəbər verir ki, martın 4-dən start götürən hazırlıq prosesində baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında milli üzvlərindən Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko, Elis Manolova (hamısı 62 kq) və Gözəl Zutova (76 kq) iştirak edir. Yerli komanda ilə birgə keçirilən məşqlər martın 18-dək davam edəcək. TMT Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Yarışda millimiz 53, 57, 62, 68 və 76 kq-da Olimpiadaya lisenziya qazanmağa çalışacaq. Qadın güləşçilər martın 20-21-də mübarizə aparacaq.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR