Qadın şahmatçılarımız Türkiyədə Dünya Kobokuna vəsiqə qazandı

Qadın şahmatçılarımız Türkiyədə Dünya Kobokuna vəsiqə qazandı

Türkiyənin Antalya şəhərində Qadınlar arasında şəxsi Avropa Çempionatı başa çatıb.

Sport7.az xəbər verir ki, qitə birinciliyinin sonu çox dramatik alınıb. 11-ci turdan sonra beş şahmatçının aktivində eyni sayda - 8 xal olub. Belə olan halda çempionun adının əlavə əmsallar müəyyən edib. Bu göstəricilərə görə isə rusiyalı Alina Kaşlinskaya rəqiblərini üstələyərək 2019-cu il Avropa Çempionu adını qazanıb. İkinci yeri fransalı Mariya Sebaq, üçüncü yeri isə almaniyalı Elizabet Paetz tutub. Ölkəmizi təmsil edən Ülviyyə Fətəliyeva son turda qələbə qazanaraq xallarının sayını 7.5 ə çatdırmaqla yarışı 7-pillədə başa vurub.
 
Avropa Çempionatı həmçinin Dünya Kubokuna lisenziya xarakterini daşıyırdı. Yarışın sonunda təmsilçilərimiz Ülviyyə Fətəlliyeva, Türkan Məmmədyarova və Günay Məmmədzadə Dünya Kubokunda iştirak etmək hüququ qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR