Qadın şahmatçılarımız ukraynalı həmkarları ilə qarşılaşacaq

Qadın şahmatçılarımız ukraynalı həmkarları ilə qarşılaşacaq

Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında 20 iyul Beynəlxalq Şahmat Gününə həsr edilən onlayn turnir keçiriləcək.

Sport7.az xəbər verir ki, yarışda hər ölkədən 10 şahmatçı mübarizə aparacaq. Ölkəmizi turnirdə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva təmsil edəcəklər.

Turnir 21 iyulda start götürəcək və 3 gün davam edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR