Qael Monfis:

Qael Monfis: "Serena ilə oyunda böyük məmnuniyyətlə sevgilimi dəstəkləyəcəm"

"US Open"in 1/4 finalında Matteo Berrettiniyə uduzaraq mübarizəni dayandıran Qael Monfis, sevgilisi Elina Svitolinanın Serena Vilyamsla oynayacağı yarımfinal matçı haqda fikirlərini bölüşüb:

"Elina özünü yaxşı hiss edir. Onun itirəcəyi bir şey yoxdu. Elina Serenanı yaxşı tanıyır. Başlanğıcda hər ikisi üçün çətin ola bilər. Serena yavaş başlasa, Elina bunu öz xeyrinə çevirəcək. Yox, Vilyams əvvəldən etibarən gücünü qoysa, Svitolinanın necə reaksiya verəcəyini izləmək maraqlı olacaq. Səbirsizliklə bu matçı gözləyirəm.

Böyük məmnuniyyətlə sevgilimi dəstəkləyəcəm. Burada əlavə bir gün keçirmək imkanım varsa, nə gözəl, buna ancaq sevinə bilərəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR