"Qalatasaray" bu futbolçunu 3-cü dəfə transfer etdi

"Qalatasaray" Henri Onyekurunun transferini rəsmən açıqlayıb.

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi saytında Nigeriyalı futbolçunun "Monako"dan mövsümün sonuna kimi icarəyə götürüldüyü bildirilib.

"Qalatasaray" Fransa klubuna 650 min avro icarə haqqı ödəyəcək. Oyunçunun birdəfəlik transferi üçün isə İstanbul klubu 4.35 milyon avro ödəməlidir. Lakin bu, 2021-ci ilin 11 iyununa kimi keçərlidir. Onyekuru isə Türkiyə klubunda bu mövsüm 750 min avro qazanacaq.

"Qalatasaray" Onyekurunu üçüncü dəfə heyətinə qatıb. İlk dəfə 2018/19 mövsümündə "Everton"dan icarəyə götürülən futbolçu, 2020-ci ildə də "Monako"dan icarə əsasında alınmışdı. Nigeriya yığmasının üzvü İstanbul təmsilçisində ümumilikdə 56 oyuna çıxıb, 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR