"Qalatasaray" bu futbolçunun transferini rəsmiləşdirdi

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

Sport7.az xəbər verir ki, bu haqda İstanbul təmsilçisinin tvitter səhifəsində məlumat yer alıb. "Sarı-qırmızılar" İngiltərənin "Brentford" komandasından 22 yaşlı hücumçu Halil Dervişoğlunu icarəyə götürüb.

Türkiyənin U-21 yığmasının da formasını geyinən gənc forvard mövsümün sonunadək "Qalatasaray"da çıxış edəcək.

Dervişoğlu Niderland klubu "Sparta"nın yetirməsidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR