“Qalatasaray” prinsipial rəqibin futbolçusunu “oğurladı”

“Qalatasaray” prinsipial rəqibin futbolçusunu “oğurladı”

"Qalatasaray" Norveç millisinin üzvü Omar Elabdellaouini heyətinə qatır.

Sport7.az xəbər verir ki, bu barədə sağ cinah müdafiəçisi özü açıqlama verib.

28 yaşlı futbolçu bildirib ki, "Olimpiakos"dan "Qalatasaray"la anlaşdığı üçün ayrılıb: "Olimpiakos"dan ayrılmaq çətin idi. Məni komandada saxlamağa çalışdılar. Onlara təşəkkür edirəm. Amma "Qalatasaray"dan imtina edə bilməyəcəyim təklif aldım və getmək qərarına gəldim".

Omarın tezliklə İstanbula gələrək rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Elabdellaoui peşəkar karyerasına "Mançester Siti"də başlayıb (2011-2013). Müdafiəçi 2011-ci ildə Norveçin "Stromsqodset", 2012-ci ildə Niderlandın "Feyenoord", 2013-cü ildə Almaniyanın "Ayntraxt" (Braunşveyq) klublarına icarəyə verilib. 2013-cü ildə "Ayntraxt"a transfer olunan futbolçu bir il sonra "Olimpiakos"a üz tutub. O, 2017-ci ildə "Hall Siti"yə icarəyə verilib.

2013-cü ildən Norveç millisinə dəvət alan 28 yaşlı futbolçu 44 oyunda meydana çıxıb. Bu mövsüm "Olimpiakos"un  heyətində 47 oyun keçirən futbolçu 1 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR