"Qalatasaray"a şad xəbər

"Qalatasaray" FİFA-dan müjdəli xəbər alıb.

Sport7.az xəbər verir ki, Türkiyə təmsilçisi Səudiyyə Ərəbistanı "Əl-Nəssr"i ilə davadan qalib ayrılıb. Söhbət yayda Maykonun satışı zamanı ərəblərin "Qalatasaray"a ödəmək istədiyi 1,1 milyon avrodan gedir. FİFA məsələni araşdırandan sonra "sarı-qırmızılar"ın haqlı olduğuna dair qərar çıxarıb.

Bu da o deməkdir ki, "Əl-Nəssr" "Qalatasaray"a 1,1 milyonluq borcu ilə yanaşı, 300 min avro əlavə cəza parası və 330 min avro menecerlik haqqı ödəyəcək.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR