"Qalatasaray"ın əfsanəsində koronavirus aşkarlandı

Belçika basketbolunun əfsanəvi oyunçularından, "Qalatasaray" klubunun sabiq üzvü Enn Vouters koronavirusa yoluxub.
 
Sport7.az xəbər verir ki, bu barədə 39 yaşlı veteran basketbolçu özü məlumat verib.
 
Ondan ötən həftə götürülən analizin nəticəsi müsbət çıxıb.

Xəstəliyin çətin keçdiyini söyləyən Vouters virusun olduqca təhlükəli olduğunu bildirib, gənclərə və ya özünü güclü hesab edənlərə xəbərdarlıq edib: "Güclü vücuda sahib olduğumu düşünürdüm. Amma virus məni təsiri altına aldı. Xəstəliyi yaşamamış biri üçün olduqca qorxulu vəziyyət idi. Hamımız virusla üz-üzəyik və onun daha çox yayılmasının qarşısını almaq üçün birləşməliyik. Xahiş edirəm, evdə qalın, qaydalara əməl edin və bir-birinizə diqqət yetirin".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR