"Qalatasaray"ın futbolçusu Dadaşovun komandasında

Kristian Luyindama "Qalatasaray"dan ayrılmağa hazırlaşır.

Sport7.az xəbər verir ki, Konqo Demokratik Respublikasından olan müdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. İngilis mediasının iddiasına görə, "Vulverhempton" 26 yaşlı futbolu üçün "Qalatasaray"a 15 milyon avro ödəyəcək. "Aston Villa" və "Everton"dan da təklif alan Luyindama "Vulverhempton"a keçməyə razılıq verib.

"Qalatasaray" Luyindamanın transfer hüququnu ötən yay Belçikanın "Standard" klubundan 5 milyon avroya alıb. Cari mövsümdə 15 oyuna çıxan konqolu futbolçu zədə səbəbindən ötən ilin noyabrından oynamır.

"Vulverhempton"da millimizin üzvü Renat Dadaşov da çıxış edir. Futbolçumuz hələ əsas komandada debüt etməsə də, U-23 komandasında keçirdiyi 5 matçda 3 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR