"Qalatasaray"ın prezidenti xəstəxanadan evə buraxıldı

"Qalatasaray"ın prezidenti Mustafa Cengiz xəstəxanadan evə buraxılıb.
 
Sport7.az xəbər veri ki, keçirdiyi əməliyyatdan sonra klub rəhbərinin durumunda müsbət dəyişiklik olub. O xəstəxanadan çıxarkən media nümayəndələrinə də açıqlama verib. O açıqlamasında "Komadan çıxdığım andan etibarən hər şey nəzarət altındadı. Həkimim Uğur bəyə təşəkkür edirəm" sözlərini işlədib. 
 
Məsələ ilə bağlı prezidenti əməliyyat edən həkim Uğur Türe də danışıb. O, Cengizin beynində yaranmış 3 ədəd şişin tamamilə götürüldüyünü deyib. 
 
"Qalatasaray"ın başqanı bir müddət öncə çəki itirməsi və halsızlıq səbəbindən xəstəxanaya yerləşdirilmiş, mayın 7-də əməliyyat olunmuşdu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR