Qanada qadın hakimi döydülər

Qanada qadın hakimi döydülər

Qanada qadın komandaları "Prizons Ladies"lə "Ampem Darkoa" arasında baş tutan futbol matçında dava düşüb. 
 
Sport7.az xəbər verir ki, matçın baş hakimi Teresa Bremensu fiziki təzyiqə məruz qalıb. 
 
Teresa qarşılaşmasnın final fitinin ardından "Ladies"in kişi azarkeşlərindən birinin hücumuna məruz qalıb. Darkoanın 1:0 hesablı qələbə qazandığı görüşdə lazımi qədər əlavə vaxt artırmadığı üçün döyüldüyü öyrənilən FİFA referisi ilə əlaqədar Qana Futbol Federasiyasının Normallaşdırma Komitəsindən qərar açıqlanıb. Hücumu sərt şəkildə qınayan komitə, sözügedən azarkeşin lazımi cəzasını alacağını açıqlayıb.
 
Artıq bununla bağlı Qana polisinin cinayət işi açdığı da bildirilib.
 
Sport7.az
 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR