“Qarabağ” aşkar favoritdir - Artim Şakiri

“Qarabağ” aşkar favoritdir - Artim Şakiri

"Qarabağ” sabiq futbolçusu Artim Şakiri püşkatmanın nəticəsini dəyərləndirib.
 
Sport7.az xəbər verir ki, veteran futbolçu, Şimali Makedoniya yımasının sabiq üzvü bunları söyləyib. O, Azərbaycan çempionu "Qarabağ”ı Şimali Makedoniya təmsilçisi "Sileks”lə dueldə aşkar favorit sayır: "Təsnifatın bu mərhələsində bir oyun olacaq. Bu səbəbdən də bəzi komandalar üçün çətin matçların olması mütləqdir. Düşünürəm ki, "Qarabağ” "Sileks”ə qalib gələcək. Görüş Bakıda keçiriləcək. Bu da "Sileks” üçün mənfi məqamdır. İstənilən halda, "Qarabağ” aşkar favoritdir. Amma futbolda sürprizlər çox olur”.

Şakiri 2008/09 mövsümündə "Qarabağ”ın formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR