“Qarabağ” Avroliqanın 1/16 finalında oynaya bilər

“Qarabağ” Avroliqanın 1/16 finalında oynaya bilər

"Qarabağ”ın UEFA-ya etdiyi şikayətlə bağlı məhkəmənin 2015-ci ilin fevralın 5-nə təyin olunmasının səbəbi bəlli olub. 

Futbolxeber.az-ın məlumatına görə, UEFA-nın xüsusi komitəsi var. Həmin qurum avrokubokların (Çempionlar Liqası və Avroliqa) son turunda baş tutan oyunları yaxından izləyir. Bu addım son turda oyunu heç bir əhəmiyyət kəsb etməyən komandaların, xala ehtiyacı olan kollektivlərə güzəştə getməsinin qarşısının alınması üçün atılır. Həmin komitə "Qarabağ”ın yer aldığı qrupda keçirilən son turun oyunlarını da araşdırır. Bu araşdırma vaxt apardığından məhkəmə də fevral ayına təyin edilib. "Qarabağ”ın qolunun hesaba alınamasında kənar amillərin rolu olduğu sübuta yetirilsə, Ağdam təmsilçisinin haqqı bərpa olunacaq. Püşkatmanın artıq keçirilməsi, "Dnepr”in rəqibinin müəyyənləşməsi belə heç nəyi dəyişmir. 

Odur ki, az da olsa "Qarabağ”ın 1/16 finalda oynamaq ehtimalı var.

Qeyd edək ki, Avroliqanın 1/16 final mərhələsinin oyunları fevralın 19 və 26-da keçiriləcək. Püşkə görə, "Dnepr" bu mərhələdə Yunanıstan çempionu "Olimpiakos"la mübarizə aparmalıdır.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR