“Qarabağ” Beqoviçə görə danışıqlara başlayır

“Qarabağ” Beqoviçə görə danışıqlara başlayır

"Qarabağ” bu ayın sonu klubla müqaviləsi başa çatacaq qapıçısı Asmir Beqoviçi saxlamaq istəyir.

Sport7.az xəbər verir ki, Ağdam təmsilçisi bugünlərdə futbolçunun müqavilə ilə məxsus olduğu İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut”la danışıqlara başlayacaq.

Qeyd edək ki, bugünlərdə bosniyalı qolkiper özü "Qarabağ”da qalmaq istədiyini deyib. "Qarabağ”ın direktoru Əmrah Çelikel isə bir müddət əvvəl Qol.az-a bildirmişdi ki, Beqoviçə görə ingilislərə danışıqlar aparmaları mümkündür.

Lakin danışıqların aparılması hələ Beqoviçin "Qarabağ”da qalacağı anlamına gəlməməlidir. Çünki onun transfer qiymətinin Ağdam klubunun büdcəsinə uyğun olmadığı bildirilir. Bunu Ə.Çelikel özü də etiraf etmişdi. Bundan başqa, Britaniya mətbuatı Beqoviçlə İngiltərədən "Vest Hem” və Hollandiyadan "PSV Eyndhoven”in də maraqlandığını yazıb.

İstənilən halda Beqoviçin "Qarabağ”da qalıb-qalmayacağı ilin sonuna qədər dəqiqləşə bilər. (Qol.az)
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR