"Qarabağ" bu futbolçu ilə maraqlanır

"Qarabağ" İtaliya klubu "Kyevo"nun futbolçusu Manuel Puççarelli ilə maraqlanır.

Sport7.az xəbər verir ki, buhaqda "Lanazione.it" saytı məlumat yayıb. Məlumata görə 29 yaşlı hücumçu ilə danışıqlar davam etdirilir. İtaliyalı futbolçunun özü də Azərbaycan çempionunun formasını geyinməkdə maraqlı olduğu bildirilir.

"Qarabağ"ın baş meneceri Asif Əsgərov "Report"a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib: "Mən real məsələlərdən danışıram. Həmin futbolçu nə bizim düşərgəmizdədir, nə də başqa bir şey var. Ona görə bu barədə nə isə deyə bilmərəm. Transfer olanda ictimaiyyətə açıqlama veririk".

"Empoli"nin yetirməsi olan Manuel Puççarelli yalnız ölkəsində çıxış edib. O, "Qavorrano" klubunun da formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR