"Qarabağ" haqda kifayət qədər məlumatlıyıq" - "Dundalk"ın futbolçusu

"Dundalk"ın yarımmüdafiəçisi Ceymi MakQret "Qarabağ"la qarşılaşcaqları matç haqda danışıb.
 
Sport7.az xəbər verir ki, futbolçu yerli mətbuata açıqlamasında bunları söyləyib: "Son günlər yaxşı məşqlər keçirdik. Bazar günü "Qarabağ"ın oyununu təhlil etdik. Bunu davam etdirəcəyik. "Qarabağ" çox yüksək səviyyəli komandadır. Ancaq meydana çıxmamış heç nə bilmək olmaz. Məşqçimiz "Qarabağ"ın oyununu bir neçə dəfə canlı izləyib. Ona görə də rəqibimiz haqda kifayət qədər məlumatlıyıq. Təbii ki, ilk görüşdə qol buraxmamaq əsas şərtdir. Gördüyünüz kimi, bizdə belə bir problem yoxdur. "Riqa" ilə hər iki görüşdə qapımızı toxunulmaz saxladıq. Bu oyunlardakı ssenarinin yenidən təkrarlanmasının əleyhinə deyiləm".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR