"Qarabağ" ilk sınağından sülhlə ayrıldı

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.
 
Sport7.az xəbər verir ki, Ağdam təmsilçisi Rumınyanın yüksək liqasında mübarizə aparan "Akademiya Klinçeni" klubu ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Qurban Qurbanovun kollektivi təlim-məşq toplanışı çərçivəsində daha 3 oyun keçirəcək. Komanda yanvarın 22-sində Qazaxıstanın "Jetisu", 25-ində isə Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" komandaları ilə üz-üzə gələcək.
 
Yoxlama oyunu

Qarabağ (Azərbaycan) - Akademika Klinçeni (Rumlniya) 2:2
Qollar: Abdulla Zubir, 10. Cavid Bayramov, 88.
Qarabağ: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Mişel Madera, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 45. Rauf Hüseynli, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Qeye.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR