"Qarabağ", "İnter" və "Neftçi"nin rəqibləri bəlli oldu

Bu gün Azərbaycan Kubokunun 1/16 final mərhələsinə start verilib. Sport7.az xəbər verir ki, az öncə başa çatan qarşılaşmada "Şəmkir" Qusarda "Şahdağ"ın qonağı olub.

Oyun şəmkirlilərin üstünlüyü ilə keçib və Kamran Əlibabayevin yetirmələri rəqibi 3:1 hesabı ilə məğlub etməklə 1/8 yüksəlib. Bu mərhələdə isə divizion təmsilçisinin rəqiibi "Qarabağ" olacaq. MOİK-i 2:1 hesabı ilə üstələyən "Turan Tovuz" isə "İnter"ə rəqib olub.

Günün sonuncu maçtında isə "Şərurspor"la "Qaradağ Lökbatan" üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün əlavə iki 15 dəqiqəyə ehtiyac duyulub. Əlavə olunmuş vaxtda isə tərəflər hərəyə bir dəfə fərqlənib - 3:3. Penaltilər seriyasında isə Lökbatan təçmsilçisi debütantı 5:4 hesabı ilə üstələyərək 1/8 final mərhələsində "Neftçi"yə rəqib olub. 

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları dekabrın 2-də baş tutacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR