Azərbaycan
çempionu "Qarabağ” İstanbula yollanır.
Sport7.azxəbər verir ki, komandamızı Türkiyəyə aparacaq xüsusi təyyarə reysi bu gün
12:00-da havaya qalxacaq.
Komandanın
bu gün İstanbulda məşqi olacaq. Komandanı meydana çıxaracaq Elçin Rəhmanov
jurnalistlərin suallarını cavablandıracaq.
Komandanın
baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxduğuna görə səfərə yollanmayıb.
Sabah
Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək
"Qarabağ” – "Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan
klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda
keçirir.