“Qarabağ” kimləri qabaqladı? – “Trabzonspor”, “Beşiktaş”...

“Qarabağ” kimləri qabaqladı? – “Trabzonspor”, “Beşiktaş”...

Avrokubokların qrup mərhələsi başa çatdı.

Sport7.az xəbər verir ki, qrup mərhələsinin sona çatmasıyla təmsilçimiz "Qarabağ” da avrokubokların qrup mərhələsindəki çıxışını başa vurub.

Azərbaycan çempionu ardıcıl 6-cı dəfə qatıldığı qrup mərhələsində "pley-off”a yüksələ bilməyib. A qrupunda 5 xal toplayan "köhlən atlar” 3-cü pillədə qərarlaşıb.

"Qarabağ” topladığı xalların sayına görə bir çox tanınmış komandaları qabaqlayıb. Bu komandalar içində Türkiyənin məşhurları da var.

C qrupunda yarışan "Trabzonspor” 1 xall qrup sonuncusu olub. Moskva ÇSKA-sı "Qarabağ”la eyni sayda xal toplasa da, H qrupunda 4-cü yerdən yuxarı qalxa bilməyib. "Beşiktaş” da 3 xalla K qrupunun sonuncusu olub. Həmin qrupda bizə yaxşı tanış olan "Slovan” 4 xal toplayıb.

"Astana” 3, "Rusenborq” 1, "Sent Etyen” 4 xal qazanmağı bacarıb. Azərbaycan çempionu xallarının sayına görə bu komandalardan öndədi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR