"Qarabağ" "Mançester Siti"yə sataşdı (FOTO)

Dünən Çempionlar Liqasının 1/4 final mərhələsində "Tottenhem"lə "Mançester Siti" arasında baş tutan görüşdə qonaqların futbolçusu Serxio Aqüero 13-cü dəqiqədə penaltidən yararlana bilməyib.

Sport7.az xəbər verir ki, "Qarabağ" bununla bağlı maraqlı addım atıb. Belə ki, klub "feysbuk" səhifəsində "Qarabağ"ın 2015-ci ildə Avroliqanın qrup mərhələsində qarşılaşdığı "Tottenhem"lə səfər matçının 7-ci dəqiqəsində Riçard Almeydanın penaltidən fərqləndiyi anın şəklini paylaşmaqla "Mançester Siti"yə "sataşıb".
 


Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR