"Qarabağ" Muaremin yerinə "Lans"dan futbolçu transfer etdi - FOTO

"Qarabağ" yay transfer dönəmində ilk əcnəbi transferini reallaşdırıb. 

Sport7.az xəbər verir ki, Ağdam klubu Fransanın Liqa 1 təmsilçisi "Lans"da forma geyinən Alharbi Əl Jadeyuinin keçidini həll edib. 

29 yaşlı Fransa doğumlu mərakeşli futbolçu vinger mövqeyində oynayır. Yarımmüdafiənin hər 2 cinahında oynamağı sevir. Karyerası boyunca Fransa klublarında çıxış edən Alharbinin karyerasının ən yaxşı mövsümü sonuncu ili olub. Yüksək dəstədə 26 oyuna çıxan vinger 3 qola da imza atıb. Son illər yüksələn qrafiklə fərqlənən futbolçu Mərakeş millisinə də çağrılıb.

Bu gün futbolçuyla 2 illik müqavilə bağlanılıb. Alharbi "Qarabağ"da bunadək Muarem Muaremin daşıdığı 10 nömrəli formanı geyinəcək.

Müqavilə bağladıqdan sonra Fransa vətəndaşı olan vinger klubun rəsmi saytına təəssüratlarını paylaşıb: "Bilirəm ki, "Qarabağ" olduqca iddialı və ambisiyaları olan klubdu. Ötən mövsüm Avroliqada "Qarabağ"ın "Sent –Etyen" və "İnter"lə oyunlarını izləmişəm. Yeni komandam baxımlı futbol oynayır. Daim  hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir.  İlk məqsədim komandaya tez adaptasiya olub meydana çıxmaqdı. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı.  Bunun üşün əlindən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm". 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR