"Qarabağ" - "Neftçi" matçında heç-heçə olacaq?

Bu gün Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ” yeni arenasında "Neftçi”ni qəbul edəcək. Sport7.az xəbər verir ki, bu, tərəflərin 61-ci dueli olacaq.

Buna qədər 60 dəfə üz-üzə gələn əzəli rəqiblərin duelindən ağdamlılar 20 dəfə qalib ayrılıb. 17 dəfə isə bakılılar 3 xala sevinib. 23 qarşılaşma isə sülhlə nəticələnib.

Ümumiyyətlə, sentyabr ayında tərəflər 6 dəfə üz-üzə gəlib. Maraqlıdı ki, bu qarşılaşmalardan 4-ü heç-heçə başa çatıb. Digər iki matçda isə 3 xala sevinən tərəf "Qarabağ" olub. Ağdamlıların 7 qoluna bakılılar 4 dəfə cavab verə bilib.

26.09.1992
Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 1:1

17.09.1995
Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 2:2

23.09.1998
Qarabağ (Ağdam) - Neftçi (Bakı) 1:0

18.09.2006
Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 0:0

28.09.2013
Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 0:0

27.09.2014
Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 1:3

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR