"Qarabağ" Nikosiyada məğlub oldu - YENİLƏNDİ

"Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Sport7.az xəbər verir ki, Azərbaycan çempionu Kiprdə APOEL-in qonağı olub. Görüşün 10-cu dəqiqəsində "Qarabağ"dan Maksim Medvedev hesabı açıb. Ancaq Qurban Qurbanovu komandası bu üstünlüyü qoruyub saxlaya bilməyib. İlk hissədə fasiləyə üstün yollanan Azərbaycan çempionu ikinci hissədə standart vəziyyətlərdən sonra buraxdığı qollar sayəsində məğlub olub - 1:2. 

Avropa Liqası

Qrup mərhələsi, 4-cü tur

21:55. APOEL (Kipr) – "Qarabağ” (Azərbaycan) 2:1
(Maksim Medvedev, 10, Lukas Souza, 59, Corc Efrem, 88) 

APOEL: 27. Vid Beleç, 6. Savvas Gentsoglu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uros Matiç, 20. Anriya Pavloviç, 23, Joazinyo, 29. Praxitelis Vouros, 44. Nikolas İoannou (k), 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Corc Efrem, 11. Musa Süleyman, 30. Giorgos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef
Baş məşqçi: Tomas Doll
 
"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton, 5. Maksim Medvedev. 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 13. Vaqner, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacıyev, 23. Rherras Faysal, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Manuel Şüttenqruber, Roland Brandner, Robert Ştaynaxer, Kristofer Joger (Avstriya)
Hakim-inspektor: Georgios Bikas (Yunanıstan)
UEFA nümayəndəsi: Ariel Kennet Şayman (İsrail)
Nikosiya, "GSP Arena”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR