"Qarabağ" Qəbələyə gedir

Ölkə çempionu "Qarabağ" klubu Çempionlar Liqasına Qəbələdə hazırlaşacaq. 

Bu barədə Sport7.az-a klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib. 

Komandanın avrokuboklara hazırlıq planından danışan klub rəsmisi bildirib ki, "Hazırlıq prosesini Qəbələdə keçəcəyik. Test verdikdən sonra yola düşəcəyik. Lakin dönüşümüz hələ bəlli deyil". 

Qeyd edək ki, "Qarabağ"la yanaşı avrokuboklarda iştirak edəcək komandalarımız "Neftçi", "Keşlə" və "Sumqayıt" da əyalətlərdə hazırlıq keçəcəklər. 
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR