"Qarabağ" Raydell Pupondan imtina edib?

Son Azərbaycan çempionu  "Qarabağ" Premyer Liqanın yeni mövsümü üçün sifariş ərzisəini PFL-ə təqdim edib. Sport7.az xəbər verir ki, ağdamlıların təqdim etdiyi siyahıda 24 futbolçu yer alıb.

Maraqlıdı ki, Peşəkar Futbol Liqasının rəsmi saytında təqdim olunan siyahıda "Qarabağ"ın yeni transferi Raydell Puponu adı olmayıb. Görəsən, son çempion hollandiyalıdan imtina edib?

Məsələni dəqiqləşdirmək üçün klubun meneceri Asif Əsgərovla əlaqə saxladıq. O isə saytımıza açıqlamasında futbolçunun adını sifariş ərizəsinə daxil etdiklərini bildirdi. Sadəcə, PFL-in rəsmi saytına klubun sifariş etdiyi futbolçuların siyahısı yenilənmə ilə yerləşdirildiyindən Raydellin adı ərizəyə sonda daxil edilib. Hollandiyalı forvard yeni mövsümdə 29 nömrəli forma ilə Qurban Qurbanovun sərəncamında olacaq.

13 Sehiç İbrahim Bosniya və Herseqovina qapıçı 1988-09-02
1 Vəliyev Fərhad Muxtar Azərbaycan qapıçı 1980-11-01
97 Mədətov Mahir Anar Azərbaycan müdafiəçi 1997-07-01
32 Yuniszadə Elvin Qərib Azərbaycan müdafiəçi 1992-08-22
4 Yaqublu Eltun Şofiq Azərbaycan müdafiəçi 1991-08-19
55 Hüseynov Bədavi Ruslan Azərbaycan müdafiəçi 1991-07-11
18 Qurbanov İlqar Bəhram Azərbaycan müdafiəçi 1986-04-25
25 Aqolli Ansi Albaniya müdafiəçi 1982-10-11
14 Sadıqov Rəşad Fərhad Azərbaycan müdafiəçi 1982-06-16
5 Medvedev Maksim Boris Azərbaycan müdafiəçi 1989-09-29
67 Əl Jadeyui Əlhərbi Mərakeş yarımmüdafiəçi 1986-08-08
22 İsmayılov Əfran Amit Azərbaycan yarımmüdafiəçi 1988-08-10
91 Diniyev Coşqun Şahin Azərbaycan yarımmüdafiəçi 1995-09-13
6 Mustafayev Vüqar Gündüz Azərbaycan yarımmüdafiəçi 1994-08-05
11 Məmmədov Elvin Nəsrəddin Azərbaycan yarımmüdafiəçi 1988-07-18
10 Quintana Soso Daniel İspaniya yarımmüdafiəçi 1987-03-08
19 Salahlı Azər Vəlhəd Azərbaycan yarımmüdafiəçi 1994-04-11
70 da Silva Marinaldo Çiçero Braziliya yarımmüdafiəçi 1986-09-21
77 Tağıyev Cavid Qabil Azərbaycan yarımmüdafiəçi 1992-07-22
99 Ələsgərov Namiq Əvəz Azərbaycan yarımmüdafiəçi 1995-02-03
20 Almeyda Riçard Braziliya yarımmüdafiəçi 1989-03-20
7 Yusifov Namiq Asif Azərbaycan yarımmüdafiəçi 1986-08-14
2 Qarayev Qara Elxan Azərbaycan yarımmüdafiəçi 1992-10-12
9 Dos Santos Reynaldo Braziliya hücumçu 1989-08-24

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR