"Qarabağ" rəsmisi: "BNA ilə danışıq aparırıq"

İyulun 17-də "Qarabağ" "Dalğa Arena"da Albaniya klubu "Partizani" ilə Avroliqanın cavab matçına çıxacaq.

Təbii ki, oyun Bakının mərkəzindən xeyli kənarda Mərdəkanda baş tutacağı üçün həm azarkeşlərin, həm də elə media nümayəndələrinin nəqliyyatla bağlı problemlər yaşayacağı istisna deyil. Üstəlik, görüşün 21.00-a təyin edilməsi gediş-gəliş məsələsini bir qədər də çətinləşdirir. Bəs "Qarabağ"ın bununla bağlı planları necədi? Azarkeşlər və mətbuat nümayəndələri üçün nəqliyyat vasitəsinin ayrılacağı gözlənilir?

Suallarımıza cavab almaq üçün klubun mətbuat katibi Nurlan İbrahimovla danışdıq. Nurlan bəy Sport7.az-a qısa açıqlamasında bunları bildirdi: "Azarkeşlərə avtobus ayrılması üçün Bakı Nəqliyyat Agentliyi ilə danışıq aparırıq. Yəqin ki, yaxın günlərdə məsələyə aydınlıq gələcək. Mətbuat nümayəndələri üçün isə bir nəqliyyat vasitəsi olacaq. Metroda gediş-gəlişin rahatlaşdırılması üçün də danışıqlar aparırıq, görək necə olacaq".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR