"Qarabağ" rəsmisi təsdiqlədi: "Mahir Əmrəli..."

"Qarabağ” futbolçusu Mahir Əmrəli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sport7.az xəbər verir ki, klubun direktoru Emrah Çelikel "Qol.az" saytına açıqlamasında 21 yaşlı hücumçuyla bağlı xarici klublardan onlara rəsmi və qeyri-rəsmi təkliflər olduğunu təsdiqləyib.

"Bəli, Mahirə görə rəsmi və qeyri-rəsmi təkliflər var. Amma biz hazırda APOEL-lə Çempionlar Liqasında keçirəcəyimiz növbəti oyun haqda düşünürük. Gələn həftə keçirəcəyimiz həmin matçdan sonra bu barədə lazımi geniş açıqlama veriləcək” - deyə Çelikel bildirib.

Azərbaycan, Türkiyə və İspaniya mətbuatında yayılan xəbərlərə əsasən, Türkiyənin Superliqa təmsilçiləri "Trabzonspor” və "Gənclərbirliyi", həmçinin İspaniya Sequndasında çıxış edən "Estremadura”, "Malaqa" və "Almeriya"nın Mahirlə maraqlandığı iddia olunur.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR