"Qarabağ" klubu Qəbələdə keçən təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.
Sport7.az xəbər verir ki, Ağdam təmsilçisi "Sabah"la qarşılaşıb.
18:00-da başlayan görüşdə "Qarabağ" 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bundan əvvəl "Keşlə" ilə yoxlama görüşünə keçirən "Qarabağ" 3:1 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
25 iyul
18:00. "Qarabağ” – "Sabah” 1:2
Ozobiç – Xulio Sezar, Təmkin Xəlilzadə
Sport7.az