"Qarabağ" Belfastda məğlub oldu - YENİLƏNDİ

"Qarabağ" növbəti avrokubok matçını keçirib.
 
Sport7.az xəbər verir ki, Qurban Qurbanovun komandası "pley-off" mərhələsi çərçivəsində Şimali İrlandiyada "Linfild"in qonağı olub. Təmsilçimiz matçın 15-ci dəqiqəsində Rerrasın qolu sayəsində hesabda üstünlüyə yiyələnsə də bu uzun sürməyib. Meydan sahibləri 40 və 45+1-ci dəqiqədə vurduqları qolların sayəsində hesabda irəli çıxıb. Britaniyalılar matçın ikinci hissəsində də fərqlənib. 75-ci dəqiqədə Abbas Hüseynovun kobud səhvindən sonra topu ələ keçirən Leyveri Qara Qarayevdən də sıyrılaraq fərqi iki topa çatdırıb. "Qarabağ" yalnız 90+3-cü dəqiqədə qol vura bilib. Qeye penaltidən fərqlənib. Hakimin final fitinə qədər hesabda başqa dəyişiklik olmayıb və "Qarabağ" səfərdən 2:3 hesablı məğlubiyyətlə qayıtmalı olub. 
 
Ancaq bu heç də ümidlərin itirlməsi anlamına gəlmir. Çünki təmsilçimiz Bakıda 1:0 hesablı qələbə qazanarsa, bu, Avroliqanın qrup mərhələsinə düşmək üçün yetərli olacaq. Bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

22:45. "Linfild” (Şimali İrlandiya) – "Qarabağ” (Azərbaycan) 3:2
(Faysal Rerras, 15, Mark Stafford, 40, Şeyn Leyveri, 45+1, 75, Maqaye Qeye 90+3-p.) 

"Linfild": 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 22 Ceymi Malqryu (k), 27. Endryu Mitçell, 31. Nayall Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern.
Baş məşqçi: David Hili.

"Qarabağ": 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.

Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Bekim Zoqay, Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)
UEFA nümayəndəsi: Mixael Zaltser (İsveç)
Belfast, "Vindzor Park” stadionu
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR