"Qarabağ" Şotlandiyadan qapıçı transfer edir

"Qarabağ” qış "transferi pəncərəsi" zamanı Şotlandiyanın "Sent Mirren” klubunun qapıçısı Vatslav Qladkini heyətinə cəlb edə bilər. 

Ağdam təmsilçisi hələ bu yay 29 yaşlı çex futbolçunu almaq istəyib. Bununla bağlı onun klubuna 200 funt sterlinq təzminat təklif olunsa da, şotlandlar bunu qəbul etməyib.

Hazırda "Sent Mirren” həm maddi, həm də nəticə baxımdan yaxşı günlərini keçirmir. Komanda 16 turdan sonra Şotlandiya liqasında sonuncu yeri tutur. Şotlandiya mətbuatının yazdığına görə, bu səbəbdən Qladki yanvarda komandadan ayrılmaq istəyir.

Qol.az-ın əldə etdiyi məlumata görə, bu futbolçu hələ də "Qarabağ”ın transfer siyahısındadır. Yanvarda Ağdam klubunun əsas qapıçısı Asmir Beqoviçin İngiltərəyə - müqavilə ilə məxsus olduğu "Bornmut”a dönəcəyi gözlənilir.

Bu səbəbdən "Qarabağ”ın Qladki ilə danışıqları bərpa edəcəyi və həyətinə qata biləcəyi ehtimal yüksəkdi. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR