"Qarabağ" üçün şans - klubundan ayrılır

"Qarabağ"ın mövsümün əvvəlində heyətinə qatmaq istədiyi qapıçı Markos Dias hazırda çıxış etdiyi Argentina klubu "Boka Xuniors”dan ayrılır. 

Sport7.az xəbər verir ki, 34 yaşlı qolkiperin iyunun sonunda başa çatan müqaviləsi yenilənməyəcək. Qolkiperin Avropada çıxış etmək ehtimalı olduğu və İspaniyanın La Liqa təmsilçisi "Leqanes"in onunla maraqlandığı iddia olunub. 

Argentinada mövsüm koronavirus pandemiyasına görə vaxtından əvvəl yekunlaşıb. "Qarabağ" yeni mövsümdən heyətinə yeni qapıçı cəlb etmək niyyətindədir. Markos Dias 2019-cu ilin avqustunda Ağdam təmsilçisinin təklifini geri çevirib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR