"Qarabağ" üçün satışa çıxarılan biletlər bir günə bitdi

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyada keçiriləcək "Dandolk” – "Qarabağ” oyununa maraq böyükdü.

Sport7.az xəbər verir ki, sözügedən oyun üçün biletlər satışa çıxarıldığı gün tükənib. Oyuna maraq o qədər böyükdür ki, 24 saat ərzində biletlərin satılmasının ardından xeyli sayda azarkeş biletsiz qalıb.

"Oriel Park”da keçiriləcək görüş iyulun 24-də, saat 22:45-də start götürəcək.

"Qarabağ” cavab oyununa isə iyulun 31-də çıxacaq. Qarşılaşma "Dalğa Arena”da, saat 21:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR