"Qarabağ" və "İnter" qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turun oyunlarına yekun vurulub. 

Sport7.Az-ın məlumatına görə, ikinci oyun günündə üç  qarşılaşma keçirilib.

Günün ilk oyunu Sumqayıtda baş tutub. Burada "Sumqayıt” "Qəbələ”ni qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla xalla tərk ediblər - 1:1. 

Turun ən maraqla gözlənilən matçı isə Lənkəranda oynanılıb. Burada lider "Qarabağ”  "Xəzər Lənkəran”ın qonağı olub. Bolqollu keçən oyun Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Digər görüş Bakıda keçirilib. Paytaxt derbisində "İnter” "Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "İnter" ikinci hissədə vurduğu iki qolla görüşdən qalib ayrılıb - 2:1.

 

Azərbaycan Premyer Liqası, 17-ci tur

"Xəzər Lənkəran” – "Qarabağ” - 2:3 
Qollar: Muarem Muarem, 7 (0:1), Qara Qarayev, 17-avtoqol (1:1), Sadio Tounkara, 56 (2:1), Muarem Muarem, 63 (2:2), Bədavi Hüseynov, 80 (2:3)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ramil Diniyev 
"Xəzər Lənkəran” mərkəzi stadionu

"İnter” – "Neftçi” - 2:1
Qollar: Nikolas Kanales, 41 (0:1), Franko Nildo, 64 (1:1), Məhəmməd Mirzəbəyov, 71 (2:1)
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ömər Paşayev  
Bakı. "İnter Arena”

"Sumqayıt” – "Qəbələ” - 1:1
Qollar: Məhəmməd Qurbanov, 66 (1:0), Cavid Hüseynov, 87-pen (1:1) 
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, İnqilab Məmmədov
Sumqayıt şəhər stadionu.

"Bakı” – AZAL - 1:3
Qollar: Tomi Kostadinov, 42 (0:1), 45 (0:2), Oskars Klava, 62 (0:3), Nurlan Novruzov, 89 (1:3)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Vüsal Əliyev
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR