"Qarabağ" və "Neftçi"nin görüşləri baş tutmayacaq

Azərbaycanın futbol klublarının bəzi yoxlama oyunları nəzərdə tutulan vaxtda baş tutmayacaq. 

Sport7.az xəbər verir ki, buna səbəb iki həftə ərzində həftəsonları qadağaların tətbiq edilməsidir. 

İyunun 14-də "Neftçi" - "Keşlə", "Qarabağ" - "Səbail" görüşləri gerçəkləşməyəcək. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. 

Azərbaycanda qadağaların 6-7 iyunda və 13 - 15 iyunda tətbiqi nəzərdə tutulur. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR