“Qarabağ” “Yanq Boyz”,

“Qarabağ” “Yanq Boyz”, "Qəbələ" "Panatinaikos"la qarşılaşacaq - YENİLƏNİB

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Sport7.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimindən sonra ölkəmizi Avroliqada təmsil edən "Qəbələ" və "Qarabağ" öz rəqiblərini tanıyıb.


Püşkatmanın nəticəsinə görə, son Azərbaycan çempionu Avroliqanın qrup mərhələsinə düşmək üçün İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq.

"Qəbələ" pley-offdakı rəqibi isə "Panatinaikos” (Yunanıstan) oldu. 

Qeyd edək ki, bundan başqa "Qarabağ"ın potensial rəqibləri arasında "Ayaks” (Hollandiya), PAOK (Yunanıstan), "Sent-Etyenn” (Fransa) və "Standard” (Belçika) kimi klublar da var idi. "Borussiya” (Dortmund, Almaniya), "Alkmaar” (Hollandiya), "Sparta” (Çexiya), "Sauthempton” (İngiltərə),"Krasnodar” (Rusiya) komandaları isə "Qəbələ"nin potensial rəqibləri arasındaydı.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq. Xatırladaq ki. hər iki təmsilçimiz ilk oyunu səfərdə keçirəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR