"Qarabağ" yenə "Azərsun Arena"da

Elitanın lderi "Qarabağ" hazırlıqlarını davam etdirir. Sport7.az xəbər verir ki, Premyer Liqanın  VIII turu çərçivəsində "Zirə"ni qəbul edəcək ağdamlılar gündə bir dəfə olmaqla  məşq edir.  

Milli oyunlarla bağlı yaranmış fasiləylə əlaqədar olaraq son çempion tam heyətlə məşq edə bilmirdi. Bugündən etibarən isə milli düşərgəsində olanlar komandaya qoşulacaq.

Qeyd edək ki, "Qarabağ" - "Zirə" qarşılaşması oktyabrın 17-si, saat 19:00-da keçiriləcək. Qarşılaşma Surxanıda, "Azersun Arena"da baş tutacaq. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR