"Qarabağ" və "Sabah"dan qələbə - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

Sport7.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
 
Günün ilk oyununda "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub. Görüşdə Ağdam klubu 6:0 hesablı qələbə qazanıb.
 
Komandalar bu oyuna qədər 18 dəfə üz-üzə gəliblər. Qəsəbə təmsilçisi hələ ki, rəqibini məğlub edə bilməyib. "Köhlən atlar" 13 dəfə meydanı 3 xalla tərk ediblər, 5 qarşılaşma isə heç-heçə bitib. "Qarabağ” ardıcıl 5 səfər matçında da qələbə qazanıb. Topların fərqində də son ölkə çempionunun aşkar üstünlüyü var - 37:8.
 
İkinci görüşdə isə "Sumqayıt" ilə "Sabah" qarşılaşıb. Paytaxt təmsilçisi 2:1 hesabı ilə qələbəni bayram edib.
 
Bu görüşə qədər komandalar Premyer Liqada 6 dəfə üz-üzə gəliblər. Meydan sahibləri 6, paytaxt klubu isə 1 dəfə qələbə sevinci yaşayıb. Topların fərqində də "Sumqayıt" öndədir - 10:4. "Sabah" 3 matçdır rəqibi ilə görüşdə xal qazana bilmir. "Sumqayıt"ın evindəki bütün matçlarında isə tərəflər bir qol vura biliblər.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.

15 fevral

15.00 Zirə - Qarabağ 0:6
Qollar: Bədavi Hüseynov, 4, Xayme, 11, Mahir Emreli, 14, Ailton, 28, Zubir, 61, Qeye, 85

Zirə: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 3. Ali Sisey, 18. Anton Corc, 11. Davit Volkov, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 33. Yovan Krneta, 27. Adrian Skarlatake, 20. Əli Şirinov, 55. Rauf Hüseynli, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Zaur Həşimov.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 8. Markos Madera, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu.
 

17:00. "Sumqayıt” – "Sabah” 1:2 
Qollar: Əmir Ağayev, 90+1 - Şakir Seyidov, 59, Ozan Can Kökcü, 62

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 22. Sərtan Taşqın, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 4. Şəhriyar Əliyev, 14. Elvin Bədəlov, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 27. Məqsəd İsayev, 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 30. Mario Marina, 20. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqez, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov, 38. Arsen Ağcabəyov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 10. Cavid İmamverdiyev, 6. Vadim Abdullayev, 32. Rəşad Eyyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 23. Amadu Diallo, 97. Emil Qasımov, 2. Elçin Mustafayev.
Baş məşqçi: Jelko Sopiç.

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Kapital Bank Arena”.


16 fevral

16:30. "Səbail” – "Qəbələ”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
"ASCO Arena”

19:00. "Neftçi” – "Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
"Bakcell Arena”
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR