"Qarabağ"a şok: Reynaldo üçün mövsüm başa çatdı, Almaniyaya gedir

Topaz Premyer Liqasının lideri "Qarabağ"da Reynaldonun zədələnməsi ciddi narahatlıq yaradıb. Sport7.az xəbər verir ki, braziliyalı müayinə üçün qarşıdakı günlərdə Almaniyaya yollanacaq. 
 
Əldə etdiyimiz özəl məlumata görə, "sambaçı" ilə bağlı ilkin diaqnoz ondan ibarətdi ki, o, mövsümü erkən başa vurub. Ancaq ağdamlıların qol ümidinin durumuna məhz Almaniyadakı müayinədən sonra tam aydınlıq gələcək. Son çempionun Almaniyadan xoş xəbər alma ehtimalı elə də yüksək deyil.

Məsələ burasındadı ki, Reynaldonun durumu olduqca ciddidi. Onun zədəsi isə heç də yeni deyil. Diz nahiyəsində problemi olan futbolçunun davamlı olaraq oynaması, məşqlərdə edilən fiziki yükləmələr indi onu çətin duruma salıb.

Qeyd edək ki, Reynaldonun "Qarabağ"la hələ 2,5 illik müqaviləsi var.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR