"Qarabağ"da 50-ci oyun

"Qarabağ”ın futbolçusu Abdullah Zubir Premyer Liqada 50-ci oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, yarımmüdafiəçi yubileyini "Səbail”lə XI turun səfər matçında (1:1) qeyd edib. O, Azərbaycan çempionatında yalnız bir klubun – Ağdam təmsilçisinin şərəfini qoruyub.
 
Zubir 50 oyunda 14 qol vurub. Debütü 2018/19 mövsümünə təsadüf edən fransalı 23 oyunda 6 dəfə fərqlənib. Ötən çempionatın 19 görüşündə 5 dəfə fərqlənən yarımmüdafiəçi cari mövsümdə 8 matçda 3 qola sevinib.
 
Zubir Premyer Liqada 2018-ci il sentyabrın 14-də "Sumqayıt”la ev matçında (1:0) debüt edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR